Peskov: Kremlin Navalnının meyitinin təhvil verilməsi ilə heç bir əlaqəsi yoxdur

Peskov: Kremlin Navalnının meyitinin təhvil verilməsi ilə heç bir əlaqəsi yoxdur Aleksey Navalnının meyitinin anasına təhvil verilməsi ilə Kremlin heç bir əlaqəsi yoxdur.
Region
26 Fevral , 2024 14:57
Peskov: Kremlin Navalnının meyitinin təhvil verilməsi ilə heç bir əlaqəsi yoxdur
Dmitri Peskov

Aleksey Navalnının meyitinin anasına təhvil verilməsi ilə Kremlin heç bir əlaqəsi yoxdur.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, siyasətçinin tərəfdarlarının meyitin təhvil verilməsi zamanında Kremlin iştirakı ilə bağlı bəyanatını absurd adlandırıb:

“Kremlin bununla heç bir əlaqəsi yoxdur, buna görə də Kreml bununla bağlı heç bir təzyiq göstərə bilməz. Bu onların növbəti absurd ittihamlarıdır. Məncə, onların hamısı bu və ya digər şəkildə axtarışdadır, demək olar ki, hamısı xaricdədir, ona görə də onların açıqlamalarına müvafiq qaydada yanaşmaq lazımdır”.

Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.

Son xəbərlər

Orphus sistemi