Pentaqon: "Rusiya hərbçiləri Kiyevin 15 kilometrliyindədir"

Pentaqon: "Rusiya hərbçiləri Kiyevin 15 kilometrliyindədir" Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin 15 kilometrliyindədir.
Region
11 Mart , 2022 12:10
Pentaqon: Rusiya hərbçiləri Kiyevin 15 kilometrliyindədir

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin 15 kilometrliyindədir.

“Report” “ABCnews”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyindən bildirilib.

Pentaqonun məlumatına görə, Kiyevin cənub-şərqinə yaxınlaşan Rusiya hərbi qüvvələri irəliləyir: “Hazırda onlar Qostomel (Kiyev yaxınlığında şəhər tipli qəsəbə - red.) yaxınlığındadır. Bununla Kiyevə daha 5 km yaxınlaşıblar”.

Bildirilib ki, Rusiya hərbçiləri şərqdən Kiyevə doğru iki paralel istiqamətdən irəliləyir və şəhərin şərqdən 40 km-liyinə çatıb: “Rusiya hərbi qüvvələri Çerniqovu tamamilə mühasirəyə alıb”.

Məlumata görə, Rusiyanın fevralın 24-dən indiyədək Ukrayna ərazisinə 775 raket atdığı təsbit edilib. Pentaqondan Ukraynaya hərbi yardımın davam etdirildiyi bildirilib: “Son 24 saatda yardmlar göndərilib. Qarşıdan gələn sutka daha bir təhlükəsizlik yardım zərfi göndəriləcək”.

Pentaqondan Ukraynaya “Patriot” hava hücumundan müdafiə kompleksinin yerləşdirilib-yerləşdirilməməsi məsələsinə də aydınlıq gətirilib: “Ukraynaya “Patriot” batareyalarının yerləşdirilməsi məsələsində hər hansı mübahisə yoxdur. Ukraynalılar bunların işlədilməsi üzrə təcrübəyə malik deyillər. Bunun üçün ABŞ hərbçilərini yerləşdirmək lazımdır. Ancaq əvvəlcədən bildirmişik ki, Ukraynaya ABŞ hərbçiləri göndərilməyəck. Bu baxımdan, Ukraynada “Patriot” sistemini yerləşdirməklə bağlı fikrimiz yoxdur”.

Son xəbərlər

Orphus sistemi