Paşinyan: “Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır”

Paşinyan: “Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır” "İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır".
Region
3 Fevral , 2022 11:47
Paşinyan: “Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır”
Nikol Paşinyan

"Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır".

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib. 

"Bildiyiniz kimi, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk və “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru Oleq Belozyorov dünən İrəvana işgüzar səfərə gəlib. Onlar Baş nazirin müavini Mqer Qriqoryanla görüşüblər. Qeyd etmək istərdim ki, kommunikasiyaların bərpası üzrə üçtərəfli İşçi Qrupun fəaliyyətinin ilk praktiki nəticələrinə çox yaxınıq. Dünənki görüş Erasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisinin başlanmasına həsr olunub”, - o deyib.

Son xəbərlər

Orphus sistemi