Paşinyan Overçukla regionda kommunikasiyaların açılmasını müzakirə edib

Paşinyan Overçukla regionda kommunikasiyaların açılmasını müzakirə edib Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Sergey Overçuk və xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Region
340
12 May , 2022 18:08
Paşinyan Overçukla regionda kommunikasiyaların açılmasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Sergey Overçuk və xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı məsələlər müzakirə edilib.

"Biz regional, avtomobil və dəmir yolu kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində artıq görülən işləri yüksək qiymətləndiririk. Bu mövzunun bizim üçün nə qədər vacib olduğunu bilirsiniz, çünki biz konkret həll yolları tapanda bu, regiondakı vəziyyəti dəyişəcək. Biz konkret müsbət nəticədə maraqlıyıq”, - Paşinyan bildirib.

Overçukun sözlərinə görə, Rusiya Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının yaradılması ilə bağlı Paşinyanın qiymətləndirmələrini bölüşür.

"Bu, baş verəndə regionun bütün nəqliyyat konfiqurasiyası tamamilə dəyişəcək. Və həqiqətən də Ermənistan iqtisadiyyatının inkişafı, əlavə təkan almaq üçün yeni imkanlar açılacaq", - Overçuk deyib.

Son xəbərlər

Orphus sistemi