Partiya sədri: "Camal Qaşıqçının meyitinin qalıqları konsulluğun həyətindəki su quyusundan tapılıb"

Partiya sədri: "Camal Qaşıqçının meyitinin qalıqları konsulluğun həyətindəki su quyusundan tapılıb" Bakı. 23 oktyabr. REPORT.AZ/ “Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının meyitinin qalıqları diplomatik missiyanın həyətindəki su quyusundan tapılıb”.
Region
23 Oktyabr , 2018 12:47
Partiya sədri: Camal Qaşıqçının meyitinin qalıqları konsulluğun həyətindəki su quyusundan tapılıb
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının meyitinin qalıqları diplomatik missiyanın həyətindəki su quyusundan tapılıb”.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perincek bildirib.

“Türkiyə dövlətinin təhlükəsizlik məsələri üzrə məsul şəxsləri konsulluğun həyətindəki bağçada apardıqları axtarış nəticəsində meyitin bəzi hissələrini su quyusundan aşkarlayaraq çıxarıblar. Fikrimcə, Rəcəb Tayyib Ərdoğan bunu açıqlayacaq”, - partiya sədri vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında çıxış edəcək. Onun C.Qaşıqçının qətli ilə bağlı bütün detalları açıqlayacağı gözlənilir. 

Qeyd edək ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. İlk günlər krallıq onun qətlə yetirildiyini təsdiqləmirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Səudiyyə Ərəbistanının İstanbildakı Baş Konsulluğunda öldürülən jurnalist C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 29-da Türkiyəyə səfər edəcək. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi