Ərdoğan Pakistanın Baş naziri ilə görüşüb

Ərdoğan Pakistanın Baş naziri ilə görüşüb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında ikitərəfli görüş keçirilib.
Region
1 İyun , 2022 19:17
Ərdoğan Pakistanın Baş naziri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında ikitərəfli görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

10:23

Pakistanın Baş naziri Şahbaz Şərifin Türkiyədə rəsmi qarşılanma mərasimi keçirilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onu Prezident Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

09:23

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.

Ş.Şərif R.T.Ərdoğanla görüşəcək.

Liderlər arasında təkbətək danışıqlardan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olacaq.

Müzakirələr başa çatandan sonra Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif birgə mətbuat konfransı keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi