Pakistanda İmran Xanın həbsinə etiraz olaraq keçirilən aksiyalarda azı 4 nəfər ölüb - YENİLƏNİB-2
- 10 may, 2023
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistanın hüquq-mühafizə orqanları sabiq Baş nazir İmran Xanın başçılıq etdiyi müxalif Təhrik-i-İnsaf Partiyasının sədr müavini, keçmiş xarici işlər naziri Şah Mehmud Qureşini saxlayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, aksiyaları qızışdırmaqla və təşklil etməkdə ittiham olunur.
Bundan başqa, təşkilatın Baş katibi Əsəd Ömər saxlanılıb.
16:50
Pakistanda keçmiş Baş nazir İmran Xanın həbsinə etiraz olaraq keçirilən aksiyalar zamanı azı 4 nəfər ölüb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu həkimlər bildirib.
Mindən çox etirazçı tutulub.
16:14
Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan barəsində 8 günlük həbs qərarı çıxarıb.
“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Sabiq hökumət başçısının həbsinə etiraz edən naməlum şəxslər ölkənin Peşavar şəhərində “Pakistan Radiosu”nun binasına hücum edib, ofisini yandırıblar.
İ.Xan mayın 9-da saxlanılıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.
Eks-Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.
Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.