Özbəkistanın xarici işlər naziri tutduğu vəzifədən azad edilib

Region
  • 30 dekabr, 2022
  • 09:19
Özbəkistanın xarici işlər naziri tutduğu vəzifədən azad edilib

Özbəkistanın xarici işlər naziri Vladimir Norov başqa vəzifəyə təyin olunması ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

“Report” Özbəkistan KİV-nə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinə hələlik vəzifənin müvəqqəti icraçısı kimi Bəxtiyor Saidov rəhbərlik edəcək.

Xatırladaq ki, bunadək B.Saidov respublikanın xalq maarifi naziri vəzifəsində çalışıb.