Özbəkistanda növbədənkənar prezident seçkisinin keçiriləcəyi tarix məlum olub - YENİLƏNİB

Özbəkistanda növbədənkənar prezident seçkisinin keçiriləcəyi tarix məlum olub - YENİLƏNİB Özbəkistanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Region
8 May , 2023 14:01
Özbəkistanda növbədənkənar prezident seçkisinin keçiriləcəyi tarix məlum olub - YENİLƏNİB
Şavkat Mirziyoyev

Özbəkistanda növbədənkənar prezident seçkisi 2023-cü il iyulun 9-na təyin olunub.

“Report” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi məlumat yayıb.

12:53

Özbəkistanda növbədənkənar prezident seçkisi keçiriləcək.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

Məlumata görə, bu mövcud konstitusiyaya əlavə və dəyişikliklərdən sonra ilk prezident seçkisi olacaq.

Qeyd edək ki, dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri 5 ildən 7 ilədək uzadılıb. Konstitusiya görə, ikinci müddətə vəzifədə olan hazırkı Prezident Şavkat Mirziyoyev yenidən namizədliyini irəli sürə bilər.

Bildirilib ki, əsas qanun parlamentin Aşağı Palatası tərəfindən qəbul edilərək bu ilin aprel ayında Senat tərəfindən təsdiqlənib və dərc edildiyi andan qüvvəyə minib.

Qeyd edək ki, Şavkat Mirziyoyev 2016-cı ilin dekabrında keçirilən növbədənkənar seçkidə Özbəkistan Prezidenti seçilib. 2021-ci ilin oktyabrında Mirziyoyev 80,12 faiz səslə yenidən bu siyasi kampaniyada qalib gəlib.

Son xəbərlər

Orphus sistemi