NYT: Belqorod ərazisinə soxulan döyüşçülərin itkiləri əhəmiyyətli dərəcədə deyil

NYT: Belqorod ərazisinə soxulan döyüşçülərin itkiləri əhəmiyyətli dərəcədə deyil Rusiyanın Belqorod vilayətində keçirilən əməliyyat zamanı bir nəfər də olsun ukraynalı döyüşçü Rusiya ərazisinə daxil olmayıb. Əməliyyatda iştirak edən bölmələr isə onların döyüş qabiliyyətinə təsir etməyən itkilər verib.
Region
24 May , 2023 01:23
NYT: Belqorod ərazisinə soxulan döyüşçülərin itkiləri əhəmiyyətli dərəcədə deyil

Rusiyanın Belqorod vilayətində keçirilən əməliyyat zamanı bir nəfər də olsun ukraynalı döyüşçü Rusiya ərazisinə daxil olmayıb. Əməliyyatda iştirak edən bölmələr isə onların döyüş qabiliyyətinə təsir etməyən itkilər verib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” adı açıqlanmayan ukraynalı məmura istinadən məlumat yayıb.

Qəzetin mənbəsinə görə, bir dənə də olsun ukraynalı döyüşçü Rusiya ərazisinə daxil olmayıb. Ukrayna hərbçiləri Rusiyanın əks-hücumuna məruz qalacağı təqdirdə bölgədə Ukrayna sərhədini qoruyaraq, əsasən dəstək rolunu oynayır.

Həmsöhbətin qeyd etdiyi kimi, əməliyyatda iştirak edən bölmələr itki verib, lakin onların döyüş qabiliyyətinə təsir edəcək qədər əhəmiyyətli deyil. O, başqa təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, mayın 22-də “Rus Könüllülər Korpusu” və “Rusiyaya Azadlıq” legionu sərhədi keçdiklərini və Belqorod vilayətinin yaşayış məntəqələrini indiki Rusiya hakimiyyətindən “azad etdiklərini” elan ediblər. Onlar regionun Kozinka və Qora-Podol kəndlərindən başlayıblar, lakin bütün Rusiyanı “azad edəcəklərini” vəd ediblər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov bildirib ki, mayın 22-də Rusiya Federasiyasının Belqorod vilayətində “Rus Könüllülər Korpusu” və “Rusiyaya Azadlıq” legionu mülki ukraynalıları qorumaq üçün “müəyyən təhlükəsizlik zonası” yaratmaq üzrə əməliyyata başlayıblar. Onun sözlərinə görə, burada yalnız Rusiya vətəndaşları iştirak edirlər.

Eyni zamanda, adıçəkilən vilayətin qubernatoru Vyaçeslav Qladkov açıqlayıb ki, Qrayvoronski rayonunun sakinlərinin əksəriyyəti yaşayış məntəqələrini tərk edib.

Daha sonra qubernator bölgədə antiterror əməliyyatı rejimi artıq ləğv edildiyini elan edib.

Son xəbərlər

Orphus sistemi