Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”

Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir” “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün 4 istiqamətdən hücum etsə də, uğur qazana bilmir”.
Region
1 Aprel , 2023 16:32
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”

“Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün 4 istiqamətdən hücum etsə də, uğur qazana bilmir”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün Avdeyevkanı mühasirəyə almağa cəhd göstərir: “Sadə dillə desək, Şərqdə (Ukraynanın şərqini nəzərdə tutur - red.) müdafiə əməliyyatı kifayət qədər mürəkkəbdir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının aprelin 1-də yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 173 990 nəfərə çatıb. Son sutkada Rusiya Ukraynada 630 hərbçi itirib.

Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 616 tank, 6 981 zirehli maşın, 2 631 operativ-taktiki PUA, 527 reaktiv yaylım atəşi sistemi, 2 683 artilleriya sistemi, 279 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 5 528 avtomobil və tanker, 296 xüsusi texnika, 911 qanadlı raketdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi