Moskvada 305 nəfərin olduğu mehmanxanada yanğın baş verib, ölənlər var

Moskvada 305 nəfərin olduğu mehmanxanada yanğın baş verib, ölənlər var Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində mehmanxanada yanğın olub.
Region
4 May , 2021 06:24
Moskvada 305 nəfərin olduğu mehmanxanada yanğın baş verib, ölənlər var

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində mehmanxanada yanğın olub.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin məlumatına görə, hadisə Kojuxovsk küçəsindəki beşmərtəbəli binada qeydə alınıb. Yanğın zamanı üç nəfər həlak olub. Qeyd edilir ki, hadisə zamanı binada 305 nəfər olub.

Yanğın binanın birinci mərtəbəsində və dəhlizdə baş verib. Alov yerli vaxtla saat 4:18-də lokallaşdırılıb. Hadisə zamanı xilas edilənlərin sayı dəqiqləşdirilir.

İngilis versiyası Three killed in Moscow fire

Son xəbərlər

Orphus sistemi