Moldovanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Moldovanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb Moldovanın Rusiyadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı kəskin etiraz edilib.
Region
10 yanvar 2024 23:59
Moldovanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Moldovanın Rusiyadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı kəskin etiraz edilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Yanvarın 10-da Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı səfirə kəskin etiraz edilib. Qeyd olunub ki, Moldovanın analoji addımları davam edərsə, Rusiya tərəfi əlavə cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, rəsmi Moskva Moldova rəhbərliyinin hərəkətlərinə cavab olaraq bu ölkənin bəzi rəsmilərinin Rusiya ərazisinə girişini qadağan edib.

Son xəbərlər

Orphus sistemi