Moldovada Ermənistan da daxil 20-dən çox ölkənin aviaşirkətlərinin fəaliyyətinə qadağa qoyula bilər
Region
- 08 yanvar, 2025
- 06:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Moldova öz ərazisində Qırğızıstan, Rusiya, Liviya, Nepal, İran, Tanzaniya, Əfqanıstan və Ermənistan da daxil olmaqla 20-dən çox ölkənin aviasiya şirkətlərinin fəaliyyətini qadağan etmək niyyətindədir.
“Report” xəbər verir ki, müvafiq layihəni İnfrastruktur və Regional İnkişaf Nazirliyi ictimai müzakirəyə çıxarıb.
Layihənin məqsədi milli qanunvericiliyin Avropa İttifaqının normalarına uyğunlaşdırılmasıdır. Müzakirə 9 yanvara qədər davam edəcək.
Sənəd qəbul edilərsə, əksəriyyəti yük daşıyan 16 qırğız şirkəti Moldovanın hava məkanından və hava limanlarından istifadə edə bilməyəcək. Buraya “Aero Nomad Airlines”, “Aerostan”, “Air Company Air Kg”, “Aircompany Moalem Aviation” və s. daxildir.
Son xəbərlər
12:18
MDM emitentlərin regional bölgüsünü açıqlayıb
Maliyyə
12:17
"Qarabağ" klubu 4500 manat cərimələnib
Futbol
12:17
Sabah Bakıda hava yağmursuz olacaq
Ekologiya
12:15
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb
Hadisə
12:11
Səbinə Əliyeva yenidən ombudsman seçilib - Yenilənib
Milli Məclis
12:11
Foto
Bakıda Zəfər gününə həsr edilən aksiyada 300 ağac əkilib
Daxili siyasət
12:08
Dövlət sərhədində bir ay ərzində yarım tona yaxın narkotik aşkarlanıb
Hadisə
12:08
Ötən ay saxta pasportla və özgəsinə aid sənədlə sərhədi keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb
Hadisə
12:06
Ötən ay axtarışda olan 316 nəfər sərhəddə tutulub
Hadisə