“Azərbaycan Türkiyədə çox əhəmiyyətli sahələrə sərmayələr qoyub”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Sənaye və Texnologiyalar naziri Mehmet Fatih Kacır bildirib.
Nazir bu investisiyaları artırmaq üçün Türkiyə ilə Azərbaycan arasında birgə fəaliyyətlərin olduğunu qeyd edib: “Qarşıdakı dönəmdə qarşılıqlı olaraq bu yatırımları artırmaq üçün birlikdə çalışacağıq. Sənaye və texnologiya sahəsində əlaqələrimiz inkişaf etdikcə, iqtisadi əməkdaşlığımız artdıqca qardaşlıq bağlarımız daha da güclənəcək”.
Ötən il Azərbaycanda "Texnofest"in keçirildiyini xatırladan Mehmet Fatih Kacır festivalın beynəlxalq aləmdə getdikcə populyarlaşdığını vurğulayıb, tədbirin yenidən Azərbaycanda baş tutacağını istisna etməyib: “Azərbaycanlı qardaşlarımız arzu edərlərsə, biz də əlimizdən gələn dəstəyi verərik”.