Mariya Zaxarova erməni jurnalistin təxribat xarakterli sualına sərt cavab verib

Mariya Zaxarova erməni jurnalistin təxribat xarakterli sualına sərt cavab verib Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlər haqqında sual Ermənistan KİV nümayəndələrinin dilindən absurd səslənir.
Region
31 Yanvar , 2025 14:34
Mariya Zaxarova erməni jurnalistin təxribat xarakterli sualına sərt cavab verib
Mariya Zaxarova

Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlər haqqında sual Ermənistan KİV nümayəndələrinin dilindən absurd səslənir.

“Report” xəbər verir ki, bunu Rusiya Xarixi İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin təxribat xarakterli sualına cavab verərkən bildirib.

"Azərbaycan və Rusiya səfirlərinin çağırılması, bu ölkələrin ikitərəfli gündəliyi barədə sual erməni KİV nümayəndəsinin dilindən absurd və gülünc səslənir. Düşünürdüm ki, siz məndən Davosda səslənən "erməni soyqırımı" bəyanatı barədə soruşacaqsınız", - o bildirib.

"Erməni KİV nümayəndəsinin Azərbaycan və Rusiya səfirlərinin çağırılması, bu ölkələrin ikitərəfli gündəliyi barədə verdiyi sual absurd səslənir. Düşünürdüm ki, siz məndən Davosda səslənən "erməni soyqırımı" bəyanatı barədə soruşacaqsınız. Azərbaycanla ikitərəfli münasibətləri necə qurduğumuz haqda sual absurd görünür", - M.Zaxarova bildirib.

O xatırladıb ki, Rusiya XİN artıq bu məsələni şərh edib.

"Niyə Ermənistan KİV nümayəndələri Rusiya-Ermənistan problematikası üzrə deyil, digər ölkələrin ikitərəfli münasibətləri problematikası üzrə sual verirlər?", - M.Zaxarova bildirib.

Sualın qeyri-korrektliyini etiraf etmək əvəzinə, erməni jurnalist mübahisəyə başlayıb və iddia edib ki, guya Azərbaycan KİV-ləri Rusiya-Ermənistan münasibətlərinə dair bu cür suallar verir.

"Siz bizim əvvəlki brifinqlərimizə baxa və görə bilərsiniz ki, Azərbaycan KİV-lərinin sualları ikitərəfli gündəliyə və ya Cənubi Qafqazda vəziyyətin nizamlanması məsələlərinə aiddir. Onlar şübhəsiz ki, digər məsələlərə də toxunurlar, lakin onları ümumilikdə beynəlxalq gündəlik maraqlandırır", - M.Zaxarova cavab verib.

Son xəbərlər

Orphus sistemi