“Listvyajnaya” şaxtasında daha 13 nəfərin meyiti aşkarlanıb

“Listvyajnaya” şaxtasında daha 13 nəfərin meyiti aşkarlanıb Rusiyanın Kuzbas bölgəsində yerləşən “Listvyajnaya” şaxtasında 13 şaxtaçı və xilasedicinin meyiti aşkarlanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Region
7 Dekabr , 2021 11:12
“Listvyajnaya” şaxtasında daha 13 nəfərin meyiti aşkarlanıb

Rusiyanın Kuzbas bölgəsində yerləşən “Listvyajnaya” şaxtasında 13 şaxtaçı və xilasedicinin meyiti aşkarlanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Bu barədə “Report” Fövqəladə Hallar Xidmətinin nümayəndəsinə istinadən xəbər verir.

“Hazırda meyitlərin şaxtadan çıxarılması işləri görülür. Qalan iki meyitin axtarışı həyata keçirilir”, - mənbə məlumat verib.

Xatırladaq ki, noyabrın 25-də Kuzbasın Belovskiy rayonunda yerləşən "Listvyajnaya" mədənində qəza baş verib. Hadisə ilə bağlı sənaye təhlükəsizliyinin pozulması və səhlənkarlıqla bağlı 2 cinayət işi açılıb. Artıq 5 nəfər həbs olunub. Bunlar şaxtanın direktoru, onun müavini, hadisənin baş verdiyi sahənin rəisi və “Rostexnadzor”un müəssisədə yoxlama aparmış 2 əməkdaşıdır.

Son xəbərlər

Orphus sistemi