Levon Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi barədə xəbərdarlıq

Levon Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi barədə xəbərdarlıq Ermənistanda hakimiyyət və ikinci prezidentin tərəfdarları arasında aydın antaqonizm mövcuddur.
Region
612
28 May , 2021 08:49
Levon Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi barədə xəbərdarlıq
Levon Ter-Petrosyan

Ermənistanda hakimiyyət və ölkənin sabiq dövlət başçısı - ikinci prezidentin tərəfdarları arasında aydın antaqonizm mövcuddur.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

"Ermənistanda daxili siyasət partlayış təhlükəsi törədir, vəziyyət az qala vətəndaş müharibəsinə keçmək təhlükəsindədir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında kəskin antaqonizm mövcuddur. Əgər bu düşmənçilik dayanmasa, nəyin olacağını təsəvvür etmək dəhşətlidir. Hər iki tərəf ölüm və qalım məsələsini həll edir", - o qeyd edib.

Ter-Petrosyan əminliyi ifadə edib ki, Ermənistan üçün parlament idarəçilik üsulu ölkənin məhv olacağını göstərir və hökmən prezident idarəçiliyi sisteminə qayıtmaq lazımdır. O, üçüncü prezident Serj Sarkisyanın parlament sisteminə keçidini ən böyük səhv adlandırıb. Qeyd edib ki, bu, Sarkisyanın öz başına bəla olub.

Ter-Petrosyanın fikrincə, Ermənistanı olduqca ağır günlər gözləyir.

Son xəbərlər

Orphus sistemi