KXDR-in xarici iqtisadi işlər naziri Yun Çjon Ho başda olmaqla nümayəndə heyəti İrana səfər edib.
“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
"KXDR-in Xarici İqtisadi İşlər Nazirliyinin nümayəndə heyəti başqa yoldaş Yun Çjon Ho olmaqla aprelin 23-də Pxenyandan İrana yola düşüb", - məlumatda deyilir.
Səfərin proqramı və məqsədləri barədə digər məlumat verilmir.
“Yonhap” agentliyi qeyd edib ki, səfər tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı ola bilər.
KXDR səlahiyyətlilərinin nümayəndələri sonuncu dəfə İrana 2019-cu ildə səfər ediblər. İki ölkə 1973-cü ildə diplomatik əlaqələr qurub.