Kuleba yardımın təsdiqlənməsinə reaksiya verib: ABŞ-nin tərəddüd edəcəyinə inananların bəd günüdür

Kuleba yardımın təsdiqlənməsinə reaksiya verib: ABŞ-nin tərəddüd edəcəyinə inananların bəd günüdür Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardımı ehtiva edən qanun layihəsini təsdiqləməsini “Amerikanın tərəddüd edəcəyinə inanmağa cəsarət edənlərin bəd günü” adlandırıb.
Region
20 aprel 2024 19:15
Kuleba yardımın təsdiqlənməsinə reaksiya verib: ABŞ-nin tərəddüd edəcəyinə inananların bəd günüdür

Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardımı ehtiva edən qanun layihəsini təsdiqləməsini “Amerikanın tərəddüd edəcəyinə inanmağa cəsarət edənlərin bəd günü” adlandırıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın baş diplomatı sosial şəbəkədə paylaşım edib.

“[Rusiya Prezidenti Vladimir] Putin üçün bəd gündür. Amerikanın nəyi və kimi müdafiə etdiyinə gəlincə, tərəddüd edə biləcəyinə inanmağa cəsarət edən hər kəs üçün bəd gündür”, – Kuleba vurğulayıb.

Nümayəndələr Palatasına təşəkkürünü bildirən XİN başçısı “ABŞ-nin qlobal liderliyini təsdiqlədiyini” qeyd edib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.

Son xəbərlər

Orphus sistemi