“Biz istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayırıq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
“Ukraynada vəziyyət çox gərgindir. Biz orada NATO və Qərbi Avropa ölkələrinin manevrlərini müşahidə edirik. Bütün bunlar gərginliyə gətirib çıxarır. Türkiyə Ukraynanı Minsk razılaşmalarını yerinə yetirməyə sövq etsə, sevinərik”, - D.Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva-Kiyev danışıqlarının Ankarada keçirilməsi təklifi ilə çıxış edib. O, Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenskini Türkiyədə toplantı keçirməyə dəvət edib.