“Mübarizədə bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.
“Report” xəbər verir ki, bunu Korsika təmsilçisi Jean-Marc Rodrigez oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, hazırda müstəmləkəçiliyin ləğvinə, xüsusilə sakit şəkildə aradan qaldırılmasına ehtiyac var: “Torpaqların alınması da, satılması da nifrətə layiqdir. İşğaldan sonra Fransa Korsikaya qadağalar qoyub. Biz öz ənənələrimizi davam etdirə bilmirik. Çünki buna imkan vermirlər”.
Jean-Marc Rodrigez söyləyib ki, Fransa hər dəfə Korsikaya hansısa status verməklə sadəcə baş qatır: "Bu, azadlıq deyil. Fransa hər zaman bizə tələbələrimizi nəzərə alacağı barədə söz verirdi. Amma buna əməl etmirdi. Biz yenidən küllərimizdən doğan bir millət olacağıq”.