Korrupsiyada ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf nazirinə hökm oxunan məhkəmədə dava düşüb

Korrupsiyada ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf nazirinə hökm oxunan məhkəmədə dava düşüb Bakı. 15 dekabr. REPORT.AZ/ Korrupsiyada ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hökm oxunan Moskvanın Zamoskvoretski məhkəməsində bu gün dava düşüb.
Region
15 Dekabr , 2017 11:09
Korrupsiyada ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf nazirinə hökm oxunan məhkəmədə dava düşüb

Bakı. 15 dekabr. REPORT.AZ/ Korrupsiyada ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hökm oxunan Moskvanın Zamoskvoretski məhkəməsində bu gün dava düşüb.

"Report" "REN-TV"yə istinadən xəbər verir ki, münaqişə müxtəlif KİV-lərin çəkiliş qrupları arasında baş verib.

İlkin məlumatlara görə, mübahisə media nümayəndələrinin çəkiliş üçün əlverişli yeri paylaşa bilməməsi səbəbindən baş verib və nəticədə jurnalist operatoru üzündən vurub və onun kamerasını sındırıb.

Xatırladaq ki, A.Ulyukayev Rusiyanın müasir tarixində korrupsiya ittihamı ilə saxlanılan ilk federal nazir olub. İstintaqın versiyasına görə, o, "Rosneft"in rəhbəri İqor Seçindən şirkətə "Başneft" dövlətin paketini əldə etməyə imkan verəcək müqaviləni almaq üçün 2 milyon dollar tələb edib.

İttiham tərəfi sabiq nazirin cəzasını ciddi rejimli həbsxanada çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini və 500 milyon milyon rubl məbləğində cərimə olunmasını xahiş edib. A.Ulyukayev isə özünü təqsirli hesab etmir və dəhşətli təxribatın qurbanı olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi