Kiyev: “Krımın azad edilməsindən sonra oradakı Rusiya vətəndaşlarının qovulması qanuni prosesdir”

Kiyev: “Krımın azad edilməsindən sonra oradakı Rusiya vətəndaşlarının qovulması qanuni prosesdir” Ukrayna qanunvericiliyini pozaraq işğal olunmuş Krım Muxtar Respublikasına gələn Rusiya Federasiyası vətəndaşları yarımadanın azad edilməsindən sonra orada qeyri-qanuni qaldıqları üçün oranı tərk etməli olacaqlar.
Region
31 Dekabr , 2022 06:59
Kiyev: “Krımın azad edilməsindən sonra oradakı Rusiya vətəndaşlarının qovulması qanuni prosesdir”

Ukrayna qanunvericiliyini pozaraq işğal olunmuş Krım Muxtar Respublikasına gələn Rusiya Federasiyası vətəndaşları yarımadanın azad edilməsindən sonra orada qeyri-qanuni qaldıqları üçün oranı tərk etməli olacaqlar.

“Report”Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva bildirib.

“Müvəqqəti olaraq işğal olunmuş əraziyə, Krıma, qanunsuz şəkildə, miqrasiya qanunvericiliyi və sərhəd-keçid şərtlərini pozaraq gələn Rusiya Federasiyasının bütün vətəndaşları ərazilərin azad olunmasından sonra Ukrayna dövlətinin hüdudlarından kənara, Krımdan kənara çıxmalıdırlar”, - Prezidentin nümayəndəsi bildirib.

Taşevanın sözlərinə görə, işğal olunmuş ərazilərdə yaşamaq və giriş icazəsi almalı olan əcnəbilərin sayı 500 mindən 800 minə qədərdir.

Məmur Rusiyanın guya “krımlıların deportasiyası” olacağı ilə bağlı həqiqətəuyğun olmayan bəyanatlarını da təkzib edib:

“Hansı krımlılar? Söhbət krımlı olmayan Rusiya vətəndaşlarından gedir. Onlar Krım ərazisində müvəqqəti yaşayan şəxslərdir. Onların ölkədən çıxarılması tamamilə qanuni prosesdir... Hər hansı bir ölkənin vətəndaşı sərhədi qanunsuz keçərsə, məcburi qovulmağa məruz qalır. Ona görə də bunu tətbiq edəcəyik”.

Son xəbərlər

Orphus sistemi