KİV: “Britaniya “Sepah”ı terror təşkilatı kimi tanımağa hazırlaşır”

KİV: “Britaniya “Sepah”ı terror təşkilatı kimi tanımağa hazırlaşır” Britaniya hakimiyyəti yaxın həftələrdə İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) terror təşkilatı kimi tanımağa hazırlaşır.
Region
3 Yanvar , 2023 03:47
KİV: “Britaniya “Sepah”ı terror təşkilatı kimi tanımağa hazırlaşır”

Britaniya hakimiyyəti yaxın həftələrdə İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) terror təşkilatı kimi tanımağa hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” mənbələrə istinadən məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı siyahısına salınması halında ona mənsubolma, həmçinin onun fəaliyyətində iştiraketmə, onun simvollarını daşıma və fəaliyyətini dəstəkləmə Böyük Britaniyada cinayət məsuliyyətinə çevriləcək.

Nəşr qeyd edib ki, İİKK-nin terror təşkilatı kimi tanınmasını daxili işlər naziri Suella Braverman və onun təşəbbüsün əsas müəllifi hesab edilən müavini Tom Tugendhat dəstəkləyir.

Xatırladaq ki, dekabr ayında Avropa İttifaqı (Aİ) “günahsız insanlara qarşı zorakılıq və edamlara” görə İİKK-yə qarşı sanksiyalar tətbiq edib. Bundan əvvəl Aİ rəsmiləri İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçular siyahısına əlavə edilməsi imkanını nəzərdən keçirdiklərini bildirmişdilər. ABŞ 2019-cu ildə İİKK-ni terror təşkilatları siyahısına daxil edib.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 1979-cu ildə İran şiələrinin lideri, ali ayətullah Xomeyninin tərəfdarları olan İslam İnqilabı Komitələrinin hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. O, İran-İraq müharibəsində, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsidir.

ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn hakimiyyət orqanları İİKK-ni terror təşkilatı kimi tanıyır.

Son xəbərlər

Orphus sistemi