KİV: Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini istefa verib

KİV: Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini istefa verib İbrahim Kalın: "Bizdə belə bir məlumat yoxdur"
Region
5 Aprel , 2018 14:21
KİV: Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini istefa verib

Bakı. 5 aprel. REPORT.AZ/ Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini Mehmet Şimşekin vəzifəsindən istefa verdiyi barədə məlumat yayılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumat hələlik rəsmi təsdiqini tapmayıb.  

Onun iqtisadi məsələlərlə bağlı fikir ayrılığı səbəbindən vəzifəsindən getdiyi bildirilir.  

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın isə Beştepedə keçirdiyi mətbuat konfransında Mehmet Şimşekin istefası ilə bağlı onlarda məlumatın olmadığını bildirib: "Prezidentimiz iqtisadiyyatı yaxından izləyən liderdir. Bu zaman iqtisadi məsələlərlə bağlı məsləhətləşmə edir. Faizlər məsələsində də prezidentimizin mövqeyi qətidir. Son günlər bundan başqa elə bir fövqəladə hal baş verməyib”.  

Son xəbərlər

Orphus sistemi