​KİV: Tacikistanda qiyamçı general öldürülüb

​KİV: Tacikistanda qiyamçı general öldürülüb Əməliyyat nəticəsində generalın bir neçə tərəfdarının da öldürüldüyü bildirilib
Region
16 Sentyabr , 2015 17:59
​KİV: Tacikistanda qiyamçı general öldürülüb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Tacikistan müdafiə nazirinin keçmiş müavini general Abduxalim Nazarzoda Ramit dairəsində keçirilən xüsusi əməliyyat nəticəsində öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində generalın bir neçə tərəfdarı da öldürülüb.

Ramit dərəsində Tacikistanın güc strukturları ilə döyüşdən sonra 8 silahlının meyiti aşkar edilib. Onların arasında generalın da meyitinin olduğu bildirilib.

Xatırladaq ki, Tacikistanın Daxili İşlər Nazirliyi Nazarzoda qrupuna qarşı əməliyyatın başa çatdığını elan edib. 

Son xəbərlər

Orphus sistemi