Görünən odur ki, “Gürcü arzusu” Avropaya inteqrasiyadan uzaqlaşaraq, qanunu ("Xarici Agentlər haqqında"- red) qəbul etməkdə qərarlıdır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin həmsədri Jim Riş Gürcüstan parlamentinin "Xarici Agentlər haqqında" qanunu barədə sosial şəbəkə hesabında yazıb.
"Mən qanunun qəbul edilməsindən narahatam. İvanişvili və onun “Gürcü Arzusu” Partiyası Gürcüstanı Avropaya inteqrasiyadan uzaqlaşdırsa da, qəbul etməkdə qərarlı göründüyü “Xarici agentlər haqqında” qanundan narahatam".
Senatın Xarici Əlaqələr Komitəsinin həmsədrinin sözlərinə görə, hökumət QHT-lərə fəaliyyətlərini heç bir müdaxilə olmadan fəaliyyət göstərmələrinə icazə verməlidir”.