ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq bildirib ki, ABŞ, Ukrayna və Avropa nümayəndələrinin Londonda növbəti görüşündə tərəflər atəşkəs barədə razılaşmaların möhkəmləndirilməsi üzərində işləyəcəklər.
“Report” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Biz [Parisdəki görüşdə] yaxın müddətdə mümkün atəşkəsə doğru irəliləyiş barədə danışdıq. Bu səbəbdən biz gələn həftə Londona qayıdırıq ki, bunu faktiki olaraq möhkəmləndirək”, – o söyləyib.
Daha əvvəl CNN mənbəyə istinadən xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya – Ukrayna münaqişəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün xüsusi elçi Stiv Uitkoff və Rusiya nümayəndələri arasında daha bir görüş təşkil etməyi planlaşdırır.