Kiyevin Şevçenkovski Rayon Məhkəməsi Ukraynanın Təhlükəsizlik Xidməti İdarəsinin sabiq general-mayoru Valeri Şaytanovu dövlətə xəyanətdə, terror aktına cəhddə və sursat saxlamaqda təqsirli bilib.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti İdarəsi və Baş Prokurorluğu məlumat yayıb.
O, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Ukraynanın Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşları 2020-ci ilin aprelində xüsusi əməliyyatı nəticəsində V.Şaytanovu saxlayıblar.