İsveçrədə Ukraynadakı vəziyyətlə bağlı danışıqlar keçirilir

İsveçrədə Ukraynadakı vəziyyətlə bağlı danışıqlar keçirilir İsveçrənin Cenevrə şəhərində Ukraynadakı vəziyyətlə bağlı danışıqlar keçirilir.
Region
23 Fevral , 2023 13:22
İsveçrədə Ukraynadakı vəziyyətlə bağlı danışıqlar keçirilir

İsveçrənin Cenevrə şəhərində Ukraynadakı vəziyyətlə bağlı danışıqlar keçirilir.

“Report” xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis “Le Temps” qəzetinə müsahibəsində deyib.

“Biz hər zaman öz xidmətlərimizi təklif edirik, lakin əsas məsələ hər iki tərəfin, həm Rusiya, həm də Ukraynanın buna necə yanaşmasıdır”, - o bildirib.

Kassis xatırladıb ki, rəsmi Kiyev əvvəllər Rusiyada maraqlarını təmsil etmək istəyi ilə İsveçrəyə müraciət edib, lakin Moskva bundan imtina edib. Onun sözlərinə görə, Rusiya İsveçrənin öz neytrallığını itirdiyini iddia edir, lakin eyni zamanda rəsmi Moskva ondan neytral ölkə kimi istifadə edir.

Son xəbərlər

Orphus sistemi