İsveçin Baş naziri: Biz başlanğıcın sonundayıq

İsveçin Baş naziri: Biz başlanğıcın sonundayıq İsveçin Baş nazir Ulf Kristersson ölkəsinin bugünkü bədbin mənzərəsini təsvir edən Milad bayramı nitqi ilə çıxış edib.
Region
26 Dekabr , 2023 02:55
İsveçin Baş naziri: Biz başlanğıcın sonundayıq

İsveçin Baş nazir Ulf Kristersson ölkəsinin bugünkü bədbin mənzərəsini təsvir edən Milad bayramı nitqi ilə çıxış edib.

"Report" xəbər verir ki, Kristersson cinayət, artan terror təhdidləri, iqlim dəyişikliyi, insanları stressə salan faiz dərəcələri və qida qiymətlərinə diqqət çəkib. Lakin o, hökumətin vəziyyəti dəyişmək əzmində olduğunu bildirib. "Bu, bir qədər vaxt aparacaq və asan olmayacaq, amma işlək mexanizm olacaq. 2024-cü il ərzində müxtəlif istiqamətlərdə paradiqma dəyişikliyi həyata keçiriləcək", - U.Kristersson deyib.

Baş nazir gələn il qüvvəyə minəcək silahlı cinayətkarlıqla mübarizədə bir sıra dəyişiklikləri sadalayıb. O, həmçinin qeyd edib ki, yeni atom elektrik stansiyalarının tikintisi və miqrasiya siyasətinin dəyişdirilməsi üçün addımlar atılır, inflyasiya ilə mübarizə aparılır.

"Hazırda biz inflyasiya ilə uğurlu mübarizənin açıq əlamətlərini görürük. Gələn il çətin olacaq, amma inkişaf düzgün istiqamətdə gedir və ilin sonunda bütün işçilər və təqaüdçülər üçün vergini də azalda biləcəyik", – U.Kristersson əlavə edib.

Son xəbərlər

Orphus sistemi