İrəvanda etiraz aksiyası zamanı 240 nəfər saxlanılıb - YENİLƏNİB-4

İrəvanda etiraz aksiyası zamanı 240 nəfər saxlanılıb - YENİLƏNİB-4 İrəvanda ümumilikdə 67 etirazçı saxlanılıb.
Region
27 May , 2024 12:02
İrəvanda etiraz aksiyası zamanı 240 nəfər saxlanılıb - YENİLƏNİB-4

İrəvanda saxlanılan etirazçıların sayı 240 nəfərə çatıb.

“Report” “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə saxlanılıblar.

11:12

İrəvanda saxlanılan etirazçıların sayı 226 nəfərə çatıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılanlar hazırda İrəvanın müxtəlif polis bölmələrindədir.

10:38

Ermənistan polisi 196 etirazçını saxlayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə polis bölməsinə aparılıblar.

10:19

İrəvanda keçirilən etiraz aksiyası zamanı 137 şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

09:19

İrəvanda ümumilikdə 67 etirazçı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

Bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb. Nəticədə onlar İrəvanda dövlətlərarası, regionlararası əhəmiyyətə malik olan magistral yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.

Son xəbərlər

Orphus sistemi