İrəvanda keçirilən etiraz aksiyalarında gün ərzində saxlanılanların sayı 168 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, aksiyalar hazırda da davam edir. Etirazçılar bəzi yolları bağlayıblar.
İrəvanda keçirilən etiraz aksiyalarında gün ərzində saxlanılanların sayı 142-yə çatıb.
“Report” xəbər verir ki, bu barədə İrəvan Şəhər Polis İdarəsindən məlumat verilib.
Qeyd edək ki, bir neçə gündür paytaxtda hökumət əleyhinə mitinqlər keçirilir. Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
İrəvanda keçirilən itaətsizlik aksiyasında iştirak edən Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan polis bölməsinə aparılıb.
“Report” xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.
Bildirilib ki, İrəvanda səhər saatlarından itaətsizlik aksiyası davam edir.
Məlumata görə, şəhərin əsas küçə və prospektlərinə giriş-çıxış məhdudlaşdırılıb və ya bağlanıb. “Respublika” meydanına daha çox polis qüvvələri cəmləşdirilib.
Eyni zamanda sentyabrın 25-də səhər saatlarında İrəvanda keçirilən etiraz aksiyaları zamanı polis 53 nəfəri saxlayıb.
Onlar Ermənistan Cinayət Məcəlləsinin “hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama” maddəsi ilə ittiham olunurlar.
Qeyd edək ki, aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyan və kabinetinin istefasını tələb edir.