İrəvan Ermənistan-Azərbaycan sərhədində sərhədçiləri yerləşdirir

İrəvan Ermənistan-Azərbaycan sərhədində sərhədçiləri yerləşdirir İrəvan Sərhəd Qoşunlarını Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı hissəsinə yerləşdirir.
Region
24 May , 2024 08:47
İrəvan Ermənistan-Azərbaycan sərhədində sərhədçiləri yerləşdirir

İrəvan Sərhəd Qoşunlarını Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı hissəsinə yerləşdirir.

“Report”un məlumatına görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatında deyilir.

Məlumata görə, qurumun Sərhəd Qoşunları Tavuş vilayətinin Kirants kəndi ərazisində dövlət sərhədinin mühafizəsi üzrə təlimlər keçirir.

Qeyd olunub ki, təhlükəsizlik və əməliyyat məqsədi ilə qeydiyyatı olmayan vətəndaşların Kirants kəndinə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi