İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib

İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib “İran Omanda ABŞ nümayəndələri ilə dolayı danışıqlar aparır, bu, davam edən bir prosesdir”.
Region
19 May , 2024 01:04
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib

“İran Omanda ABŞ nümayəndələri ilə dolayı danışıqlar aparır, bu, davam edən bir prosesdir”.

“Report” xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat verib.

“Hazırda danışıqlar aparılır. Bu danışıqlar birinci deyil və sonuncu da olmayacaq”, - deyə o qeyd edib.

Dolayı danışıqlar o deməkdir ki, iranlı və amerikalı diplomatlar vasitəçilər vasitəsilə - indiki halda Omanın nümayəndələri ilə ünsiyyət qururlar.

Bundan əvvəl “Axios” nəşri mənbələrə istinadən xəbər verir ki, ABŞ və İran bu həftə Omanda Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün dolayı danışıqlar aparıb. Məsləhətləşmələr zamanı ABŞ-ın Tehranın nüvə proqramı ilə bağlı narahatlığı da müzakirə olunub. Maskatda sonuncu İran-ABŞ dolayı danışıqları 5 ay əvvəl baş tutub.

Son xəbərlər

Orphus sistemi