İranda prezident seçkilərinin ikinci turu başa çatıb - YENİLƏNİB 2

İranda prezident seçkilərinin ikinci turu başa çatıb - YENİLƏNİB 2 İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb.
Region
6 İyul , 2024 01:01
İranda prezident seçkilərinin ikinci turu başa çatıb - YENİLƏNİB 2

İranda prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.

“Report” xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

“Səsvermə vaxtı sona çatıb. Bu seçki kampaniyasının başa çatdığını göstərir”, – o, IRIB telekanalında deyib. Qurum rəsmisi həmçinin seçki komissiyasının region şöbələrinin bütün əməkdaşlarına və bütün seçki təşkilatçılarına təşəkkür edib. Səsvermə məntəqələri bağlandıqdan sonra səslərin hesablanması başlayır.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı olsa da, istilərə görə - Tehranda bu gün havanın temperaturu 40 dərəcəni keçib, ölkənin cənubunda isə 51 dərəcəyə çatıb - səsvermə üçün vaxt üç dəfə uzadılıb, yekunda yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatıb.

20:48

İranda seçki məntəqələrinin işi prezident seçkilərində səsvermə ilə əlaqədar ikinci dəfə iki saat uzadılıb.

“Report”un İSNA-a istinadən verdiyi məlumata əsasən, səsvermə yerli saatla 22:00-a qədər uzadılıb.

İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildlrib ki, səsvermə saatının uzadılması barədə çoxlu sayda çağırış olub və bu səbəbdən də müvafiq qərar qəbul edilib.

18:50

İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

O bildirib ki, bütün seçki məntəqələrində səsvermə yerli vaxtla saat 20:00-a qədər uzadılıb.

Xatırladaq ki, iyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir. Bu mərhələdə Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi