İranda iki Britaniya vətəndaşına casusluq ittihamı irəli sürülüb

İranda iki Britaniya vətəndaşına casusluq ittihamı irəli sürülüb İran hakimiyyəti Kerman əyalətində 13 fevralda saxlanılan iki Britaniya vətəndaşına qarşı casusluq ittihamı irəli sürüb.
Region
18 fevral 2025 13:41
İranda iki Britaniya vətəndaşına casusluq ittihamı irəli sürülüb

İran hökuməti Kerman əyalətində fevralın 13-də saxlanılan iki Britaniya vətəndaşına qarşı casusluq ittihamı irəli sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran məhkəməsinin nümayəndəsi Eshak Cahangir məlumat verib.

"Saxlanılan iki Britaniya vətəndaşına casusluq ittihamı irəli sürülüb", - o bildirib. Kermanın baş prokuroru İbrahim Həmidinin sözlərinə görə, bu şəxslərin kəşfiyyat xidmətləri ilə bağlı qurumlarla əlaqəsi olduğu müəyyən edilib.

E.Cahangir qeyd edib ki, britaniyalılar İrana turist kimi daxil olublar, lakin tədqiqat fəaliyyəti adı altında bir neçə əyalətdə müxtəlif məlumatlar toplayıblar: “Bununla əlaqədar şübhəlilər İran təhlükəsizlik xidmətlərinin nəzarətinə götürülüb, daha sonra isə saxlanılıblar”.

Agentliyin məlumatına görə, daha əvvəl İran rəsmiləri Böyük Britaniyanın səfiri Hüqo Şorterə saxlanılanlarla görüş keçirməyə icazə verib.

Son xəbərlər

Orphus sistemi