İran uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqaların quraşdılmasını sürətləndirib

İran uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqaların quraşdılmasını sürətləndirib İran uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqaların istehsalını və quraşdırılmasını sürətləndirib.
Region
9 İyun , 2022 12:17
İran uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqaların quraşdılmasını sürətləndirib

İran uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqaların istehsalını və quraşdırılmasını sürətləndirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Müasir sentrifuqaların quraşdırılması və nüvə obyektlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müşahidə kameralarının söndürməsi İranın Agentliyin rəsmi Tehrana qarşı qəbul etdiyi qətnaməyə cavabıdır.

Belə ki, dünən İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə tviterdə yazmışdı ki, İran tərəfi AEBA-nın qətnaməsinə qarşı qətiyyəli və müvafiq cavab verəcək.

Diplomatın sözlərinə görə, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa özlərinin planlarını AEBA-nın nüfuzundan daha üstün tutdular və dünyada ən şəffaf və dinc atom proqramına malik ölkəyə qarşı səhv və tələsik qətnamə qəbul etdilər.

Son xəbərlər

Orphus sistemi