İran Türkiyəyə qaz tədarükünü bərpa edib

İran Türkiyəyə qaz tədarükünü bərpa edib İran Türkiyəyə məhdud təbii qaz tədarükünü bərpa edib.
Region
178
28 Yanvar , 2022 21:25
İran Türkiyəyə qaz tədarükünü bərpa edib

İran Türkiyəyə təbii qaz tədarükünü bərpa edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Botaş" neft-qaz şirkəti məlumat yayıb.

"İran tərəfdə qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən Gürbulak-Ağrı məntəqəsi vasitəsilə təbii qazın nəqli həyata keçirilə bilməyib. Hazırda İrandan sınaq məqsədilə məhdud şəkildə qaz tədarükü başlayıb", - məlumatda deyilir.

İran mətbuatının verdiyi xəbərə görə, yanvarın 19-da yaranan və qazın 10 gün müddətinə dayandırılmasına səbəb olan texniki nasazlıqlar aradan qaldırılıb.

İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri vasitəsilə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.

Son xəbərlər

Orphus sistemi