İran AEBA müfəttişlərini nüvə obyektinə buraxmayıb

İran AEBA müfəttişlərini nüvə obyektinə buraxmayıb “İran əvvəlcədən əldə edilmiş razılaşmalara baxmayaraq, agentlik müfəttişlərinin müşahidə kameralarını yoxlamaq üçün Kərəc şəhərində yerləşən obyektinə girməsinə icazə verməyib”.
Region
27 Sentyabr , 2021 02:10
İran AEBA müfəttişlərini nüvə obyektinə buraxmayıb

“İran əvvəlcədən əldə edilmiş razılaşmalara baxmayaraq, agentlik müfəttişlərinin müşahidə kameralarını yoxlamaq üçün Kərəc şəhərində yerləşən obyektinə girməsinə icazə verməyib”.

“Report” xəbər verir ki, bu barədə AEBA məlumat yayıb.

“Baş direktor Rafael Qrassi vurğulayır ki, rəsmi Tehranın agentliyin işçilərinə Kərəcdəki santrifuq komponentlərinin istehsal edildiyi TESA kompleksindəki obyektə giriş izninin verməməsi ilə bağlı qərarı İranın vitse -prezidenti, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə baş direktorun 12 sentyabrda yaydığı birgə bəyanatın şərtlərinə ziddir”-məlumatda vurğulanır.

Qeyd edək ki, 12 sentyabr bəyanatına əsasən İran AEBA müfəttişlərinə nüvə obyektlərində olan müşahidə kameralarını təkrar istifadəsinə icazə verəcəkdi.

Son xəbərlər

Orphus sistemi