​İstanbulun Atatürk Hava Limanında ölənlərin sayı 36 nəfərə, yaralıların sayı 146 nəfərə çatıb - FOTO - YENİLƏNİB

​İstanbulun Atatürk Hava Limanında ölənlərin sayı 36 nəfərə, yaralıların sayı 146 nəfərə çatıb - FOTO - YENİLƏNİB Ölənlər arasında xarici ölkə vətəndaşları da var
Region
29 İyun , 2016 02:20
​İstanbulun Atatürk Hava Limanında ölənlərin sayı 36 nəfərə, yaralıların sayı 146 nəfərə çatıb - FOTO - YENİLƏNİB

Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 36 nəfərə çatıb.  "Report"un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi xəbər yayıb. 

Agentliyin digər xəbərinə görə, ölənlər arasında xarici ölkə vətəndaşları da var. 

Bu arada "Assoşieyted Press" agentliyi isə yerli məmurlardan birinə istinadən İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında ölənlərin sayının 50 nəfərə çatması haqda xəbər yayıb. Agentliyin məlumatına görə, terror hadisəsi zamanı yaralananların sayının 146 nəfər olub.  


***02:00

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror hadisəsi zamanı ölən və yaralananlar barəsində ən son son məlumatlar açıqlanıb. "Report"un məlumatına görə, bu haqda "Anadolu" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, Atatürk Hava limanında baş vermiş terror hadisəsi zamanı yaralananların sayı 60 nəfərə çatıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır.

Yaralananlar partlayışdan sonra əraziyə cəlb edilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

İstanbul valisi Vasip Şahin hadisə nəticəsində 28 nəfərin həlak olduğunu qeyd edib. Onun sözlərinə görə, terror aktını 3 kamikadze törədib. 

Hadisə şahidləri terror aktının baş verdiyi ərazidən 4 silahlının qaçdığını bildiriblər.  

Son xəbərlər

Orphus sistemi