​İran səfiri: "Məşhəd-Bakı uçuş reysinin açılması ilə bağlı danışıqlar davam edir"

​İran səfiri: "Məşhəd-Bakı uçuş reysinin açılması ilə bağlı danışıqlar davam edir" "İki ölkə arasında illik ticarət dövriyyəsi 500 milyon dollar olub"
Region
15 İyun , 2015 09:48
​İran səfiri: Məşhəd-Bakı uçuş reysinin açılması ilə bağlı danışıqlar davam edir

Bakı. 15 iyun. REPORT.AZ/ "Hər həftə Tehran və Bakı arasında 8 uçuş həyata keçirilir. Məşhəd-Bakı uçuş reysi açılarsa, bu imkandan Azərbaycandan İmam Rzanın məqbərəsini ziyarət etmək istəyənlərlə yanaşı, İran və Azərbaycan Respublikasının iş adamları da yararlana bilərlər".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Tehranda keçirilən İranın İraq, Azərbaycan Respublikası və Türkmənistanla praktiki ticarət konfransında bildirib.

Onun sözlərinə görə, Məşhəd-Bakı uçuş reysinin açılması istiqamətində müzakirələr davam edir.

Səfir onu da bildirib ki, iki ölkə arasında illik ticarət dövriyyəsi 500 milyon dollar olub: "Turizm və xırda ticarət daxil olmaqla İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin dəyəri ildə bir milyard dollardan çox ola bilər". 

Son xəbərlər

Orphus sistemi