İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışma olub, 8 sərhədçi ölüb

Region
  • 03 noyabr, 2017
  • 18:46
İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışma olub, 8 sərhədçi ölüb

Bakı. 3 noyabr. REPORT.AZ/ İranın Qərbi Azərbaycan əyalətində terrorçuların hücumu nəticəsində 8 sərhədçi həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qərbi Azərbaycan əyalətinin nümayəndəsi bildirib ki, hazırda İran sərhədçiləri ilə regionda fəaliyyət göstərən terror qruplaşmaları arasında silahlı toqquşma davam edir.