Bakı. 6 may. REPORT.AZ/ İranın şərqində yerləşən Rezevi-Xorasan əyalətinin Kaşmer şəhərində 5,2 bal gücündə zəlzələ olub.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu haqda Tehranın Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağının 10 km dərinlikdə yerləşdiyi açıqlanıb. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsində 35 nəfər yaralanıb.