İranda qəzaya uğramış Türkiyə təyyarəsində olan sərnişinlərin yanmış meyitləri tapılıb

Region
  • 11 mart, 2018
  • 20:32
İranda qəzaya uğramış Türkiyə təyyarəsində olan sərnişinlərin yanmış meyitləri tapılıb

Bakı. 12 mart. REPORT.AZ/ Xilasedicilər Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitini aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var.

Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə bir neçə xüsusi briqada, həmçinin alpinist və yanğınsöndürənlər cəlb olunub. Təyyarənin qalıqları dəniz səviyyəsindən təqribən 400-500 metr yüksəklikdə, əməli olaraq uçurumun kənarında aşkar olunub.

"Hadisə yerində yanğın hələ də, davam edir və mütəxəssislər qeyd edirlər ki, ərazi şəraitinə görə yanğının yayılması təhlükəsi var", - deyə TASS "Fars"a istinadən xəbər verir.