​İranda milyarder ölüm hökmünə məhkum edilib

​İranda milyarder ölüm hökmünə məhkum edilib Babək Zəncani asılma yolu ilə edam olunacaq
Region
6 Mart , 2016 16:21
​İranda milyarder ölüm hökmünə məhkum edilib

Bakı. 6 mart. REPORT.AZ/ İranda məhkəmə əvvəllər neft satışı ilə bağlı korrupsiya fəaliyyəti ittihami üzrə həbs olunan yerli iş adamı Babək Zəncanini asılma yolu ilə ölüm hökmünə məhkum edib.

"Report" xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyəti nümayəndəsinə istinadən IRNA məlumat yayıb.

Məlumata görə, o, neft satışı ilə ölkəyə qarşı sanksiyalar tətbiq edilən zaman məşğul olub. Milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin israf edilməsində müqəssir bilinib.

Son xəbərlər

Orphus sistemi