İranın Səhiyyə Nazirliyi koronavirusla bağlı məlumat yayıb.
"Report"un IRNA-ya istinadən məlumatına görə, İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə koronavirusdan ölənlərin sayının 26 nəfərə çatdığını bildirib.
Onun sözlərinə görə, bu günədək 245 nəfərə koronavirus diaqnozu qoyulub.
*** 12:44
İranda koronavirusa yoluxanların və virusdan ölənlərin sayı günbəgün artır.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, COVID-19 koronavirusunun qurbanlarının sayı 22-yə, təsdiqlənmiş yoluxma halların sayı isə 141-ə çatıb.
İran mediasının yazdığına görə, İranın 31 əyalətindən 20-də koronavirusa yoluxma qeydə alınıb. Ən çox yoluxma halı Qumdadır – 63 nəfər.
Qeyd edək ki, daha əvvəl İran hökuməti yoluxmaqda şübhəli bilinənlər və ya infeksiyaya yoluxanların hərəkətinə məhdudiyyət qoyulacağını açıqlamışdı.