İran XİN: Yaxın zamanlarda nüvə razılaşmasından çıxacağıq

İran XİN: Yaxın zamanlarda nüvə razılaşmasından çıxacağıq Bakı. 22 iyun. REPORT.AZ/ “Hazırda İran vətəndaşlarının çoxunun Avropaya etibarı yoxdur”.
Region
22 İyun , 2018 13:49
İran XİN: Yaxın zamanlarda nüvə razılaşmasından çıxacağıq
AP
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ “Hazırda İran vətəndaşlarının çoxunun Avropaya etibarı yoxdur”.

“Report” “RT”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Arakçı nüvə razılşamsının perspektivinə münasibət bildirərkən deyib.

“Avropa ilə danışıqların davam etməsinin perspektivi, aydın olması və uranın zənginləşdirilməsi ilə bağlı razılaşmanın qorunacağına dair bir fikir söyləyə bilmərəm. Hazırda iranlıların çoxunun Avropaya etibarı yoxdur. Bu etibarı qazanmaq üçün Avropa daha çox işləməlidir”, - nazir müavini vurğulayıb.

O, yaxın həftələrdə İranın nüvə razılaşmasından çıxmağa hazırlaşdığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu ilin may ayında ölkəsinin İranla nüvə razılaşması üzrə müqvilədən çıxdığını elan edib. Avropa İttifaqı isə Tehranla imzalanan müqavilədən çıxmayacağını bildirib. 

Son xəbərlər

Orphus sistemi