İran parlamenti komissiyasının sədri: “Tehran və Vaşinqton arasında diplomatik kanallar açıq qalmalıdır”

İran parlamenti komissiyasının sədri: “Tehran və Vaşinqton arasında diplomatik kanallar açıq qalmalıdır” “Çünki ABŞ yalnız Trampdan ibarət deyil”
Region
13 Oktyabr , 2018 16:19
İran parlamenti komissiyasının sədri: “Tehran və Vaşinqton arasında diplomatik kanallar açıq qalmalıdır”

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Tehran və Vaşinqton arasında diplomatik kanallar açıq qalmalıdır”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Haşmetullah Fəlahetpişe deyib.

“İrana qarşı genişmiqyaslı sanksiyaların tətbiqinə mane ola biləcək ABŞ-dan olan siyasilər və başqa sahələrdəki insanlarla dialoq qurulmalıdır. ABŞ-la diplomatik kanallar bağlanmamalıdır. Çünki ABŞ yalnız Trampdan ibarət deyil”, - deyə komissiya sədri vurğulayıb.

Onun sözlərinə görə, Donald Trampa müxalifət olanlarla diplomatik danışıqlar, müzakirə və lobbiçilik fəaliyyəti sayəsində İranla ABŞ arasındakı diplomatik əlaqələrdə yeni bir yumşalma mühiti yaranıb.

Son xəbərlər

Orphus sistemi